Oğuzda meşə yanıb


15:34     25 Avqust 2019 19_08_25_1566726296.jpg


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə, meşədə yanğın olması barədə məlumat daxil olub.


FHN-dən Femida.az-a verilən məlumata görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi, 2 ədəd helikopteri cəlb edilib.

Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 547