Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı qətlə yetirilib

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı qətlə yetirilib


18:50     25 Avqust 2019 19_08_25_1566744730.jpg

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı qətlə yetirilib.

Bu barədə Femida.az erməni mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə paytaxt Yerevanda qeydə alınıb. Belə ki, Şenqavit polisinə Ehbaryutrun küçəsindəki mənzillərdən birində kişi meyiti tapılması barədə məlumat daxil olub. Polisin araşdırması məlum olub ki, bu, Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı, 55 yaşlı S.Karqamanyandır. O, odlu silahdan açılan atəşlə qətlə yetirilib. Meyitin yanında "Makarov" markalı tapança da aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 135