Taxta sexində baş vermiş yanğın söndürülüb
21:01 25 Avqust 2019
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, “Baku Steel Company” yaxınlığında taxta sexində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Femida.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Femida.az
Oxunub: 359