XİN: Azərbaycan Abxaziyada keçirilən qondarma “prezident seçkiləri”nin nəticələrini tanımır
10:13 26 Avqust 2019
Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya bölgəsində avqustun 25-də keçirilən qondarma “prezident seçkiləri”nə münasibət bildirib.
Femida.az xəbər verir ki, XİN məsələ ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.
Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir".
Femida.az
Oxunub: 455
Oxşar xəbərlər
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- XİN: Azərbaycan sərhədlərinin pozulmasına yönəlik cəhdlər yolverilməzdir
- XİN: “Ermənistan türkofob dairələrdən dəstək ummağa cəhd edir”
- XİN: Bu kampaniyanın arxasında Ermənistanın durduğu heç bir şübhə doğurmur
- XİN: Ermənistan Azərbaycanın səbrini sınağa çəkməyə son qoymalıdır
- XİN: “Ermənistanın təcavüzkar və terrorçu mahiyyəti yenidən üzə çıxdı”
- XİN: Bölgədə artan gərginliyin məsuliyyəti Ermənistanın üzərindədir
- XİN: Avropa Parlamenti üzvlərinin bəyanatı yalnız faktları ifadə edir
- XİN: Nə Azərbaycanın, nə də beynəlxalq vasitəçilərin səbri tükənməz deyil
- XİN: Şuşadakı “andiçmə” şousu Ermənistanın ilhaqçı siyasətinin nümayişidir