İsmayıllı meşələri yanır


11:43     26 Avqust 2019 19_08_26_1566805044.jpg

İsmayıllı meşələrində yanğın başlayıb.

Femida.az xəbər verir ki, yanğın rayonun Şəbiyan, Keyvəndi və Pirəbilqasım kəndləri ərazisində yerləşən kolluq-meşə hissədə qeydə alınıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və 150-yə yaxın canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Açar sözlər:

Oxunub: 538