Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi qadın tutulub


11:55     26 Avqust 2019 19_08_26_1566805344.jpg

Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən qadın tutulub.


Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən Femida.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin insan alveri maddələri ilə 2018-ci ildən axtarışa verilmiş və barəsində həbs qətimkan tədbiri seçilmiş Tovuz rayon sakini, 1983-cü il təvəllüdlü Kazımova Natəvan İbrahim qızı tutularaq istintaq orqanına təhvil verilib.

Açar sözlər:

Oxunub: 445