Tramp Zəriflə görüşdən imtina etdi

Tramp Zəriflə görüşdən imtina etdi


12:13     26 Avqust 2019 19_08_26_1566807207.jpg

ABŞ prezidenti Donald Tramp "Böyük yeddilik" (G7) ölkələrinin sammiti çərçivəsində İranın xarici işlər naziri ilə görüşdən imtina edib.


Tramp Fransanın Biarrits şəhərində keçirilən sammitdə İranın XİN rəhbəri Məhəmməd Cavad Zəriflə görüşmək istəmədiyini deyib.

"Çox tezdir" , - deyə Tramp bildirib. Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron Zərifin "G7" sammitinə gəlməsinə razılıq istəyib.

Qeyd edək ki, Məhəmməd Cavad Zərif bazar günü gözlənilmədən Fransada "G7" (Böyük Yeddilik) sammitinin keçirildiyi Biarrits şəhərinə səfər edib. / azvision

Femida.az

Açar sözlər: #Tramp   #Zərif  

Oxunub: 141