Qaxda hamilə qadını boğmaq istədilər


12:52     26 Avqust 2019 mektebli%20hamile.jpg

Səhiyyə Nazirliyi Qaxın Turaclı kəndində özünə xəsarət yetirdiyi bildirilən hamilə qadınla bağlı məlumat yayıb.

Nazirlikdən Femida.az-a daxil olan məlumata görə, xəstə Mərkəzi Xəstəxanaya daxil olan zaman başının müxtəlif nahiyələrində travmalar, boğazda boğulma izləri olub. Qeyd edilir ki, qadının huşu özündə olmayıb.

Müayinə zamanı onun 2 aylıq hamilə olduğu müəyyən edilib. Lazımi tibbi yardım göstərildikdən sonra xəstənin huşu qayıdıb. Hazırda reanimasiya şöbəsindədir, vəziyyəti orta-ağır stabil qiymətləndirilir.

Xatırladaq ki, bundan öncə yayılan xəbərdə A.V.-nın özünü öldürmək məqsədilə bədəninin müxtəlif nahiyələrini yaraladığı deyilirdi.

Məlumata görə, o, ailə daxilində yaranan münaqişə nəticəsində bu vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 489