Bakıda avtomobillərdən oğurluq edən keçmiş məhbus tutulub


13:41     26 Avqust 2019 hebs89.jpg

Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, avqustun 24-nə keçən gecə Binəqədi rayonunun Ş.Məmmədova küçəsində Bakı şəhər sakini T.Cəfərova məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərilməsi barədə 5-ci Polis Bölməsinə müraciət daxil olub.
5-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş A.Məcidov saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun avqustun 12-dən 18-dək olan müddətdə daha 4 avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 332