Mingəçevirdə avtomobil qaçıran 61 yaşlı şəxs saxlanıldı
14:21 26 Avqust 2019
Mingəçevir şəhərində avtomobil qaçıran 61 yaşlı Damət Həsənov saxlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, hadisə avqustun 25-də baş verib.
Mingəçevir şəhər sakini Saleh Rəhimov DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq, şadlıq saraylarından birinin qarşısında saxladığı ona məxsus “VAZ-2106” markalı avtomobilin naməlum şəxs və yaxud da şəxslər tərəfindən qaçırıldığını bildirib.
Müraciət aidiyyəti üzrə Mingəçevir Şəhər Polis Şöbəsinə yönləndirilib və polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
“İsti izlər”lə keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin avtomobili qaçıran şəxsin şəhər sakini, 61 yaşlı Damət Həsənov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Femida.az
Oxunub: 349
Oxşar xəbərlər
- Mingəçevirdə qanunsuz qum-çınqıl hasilatı işləri aparan şəxsin cinayət işi məhkəməyə göndərilib
- Mingəçevirdə qayda pozuntuları törədən 35 sürücü cərimələnib
- Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib
- Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 5 cinayət faktı qeydə alınıb
- Mingəçevirdə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb
- Mingəçevirdə ana və azyaşlı övladları dəm qazından zəhərlənib, ölən var
- Mingəçevirdə saxta pul çap edən qadın və kişi saxlanılıb
- Mingəçevirdə keçmiş məhkumdan heroin götürülüb
- Mingəçevirdə kütləvi dava olub, iki nəfər bıçaqlanıb
- Mingəçevirdə yarımtikilidə meyit tapılıb