Azərbaycanın ikinci böyük su elektrik stansiyasında təmir başlayıb
14:34 26 Avqust 2019
“Azərenerji” ASC “Şəmkir” SES-də təmir-bərpa işləri həyata keçirir.
ASC-dən Femida.az-a verilən məlumata görə, ötən ilin payızından başlayaraq “Reabilitasiya Proqramı” çərçivəsində bu stansiyanın hidroaqreqatlarında təmir-bərpa işləri aparılıb və 2 saylı hidroaqreqat üçün sifariş əsasında gətirilən ehtiyat hissələri dəyişdirilib, 330 kV-luq blok avtotransformatoru əsaslı təmir olunub. Bununla itirilmiş güc bərpa olunub, dayanıqlıq və etibarlıq artırılıb.
“Hazırda əsas diqqət “Şəmkir” SES-in su tullayıcı qurğusuna yönəlib. Çünki 1983-cü ildə stansiya istismara veriləndən sonra su tullayıcı qurğuda heç bir təmir işləri aparılmayıb. Ona görə də bu qurğunun döşəməsində, tavanında, orta aşrımında, çıxış başlıq hissəsində, istinad divarlarında aşınmalar və çatlar əmələ gəlib. Qurğuda su sızmalarının qarşısını almaq üçün yerli və xaricdən dəvət edilən mütəxəssislərin iştirakı ilə layihə hazırlanır və yaxın vaxtlarda əsaslı təmir işlərinə başlanacaq”, - deyə məlumatda bildirilir.
Eyni zamanda planlaşdırılan işlər çərçivəsində “Şəmkir” SES-in açıq paylayıcı qurğusunun, hidroaqreqat generatorların təsirlənmə sistemlərinin, idarəetmə mərkəzinin, SCADA dispetçer idarəetmə sisteminin, tezliyin və aktiv gücün avtomatik tənzimlənməsi sisteminin yenidən qurulması nəzərdə tutulub.
Femida.az
Oxunub: 485
Oxşar xəbərlər
- Azərbaycanın Şimal-Qərb bölgəsində qaz olmayacaq
- Azərbaycanın 3 rayonunda qaz kəsiləcək
- Azərbaycanın ABŞ-dakı səfiri Prezident Cozef Baydenlə görüşüb
- Azərbaycanın NATO-dakı nümayəndəsi geri çağırılıb
- Azərbaycanın Baş prokurorunun İtaliyaya işgüzar səfəri başlayıb
- Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib
- Azərbaycanın daha 2 güləşçisinin medal görüşlərindəki rəqibləri bəlli olub
- Azərbaycanın mebel istehsalçıları yeni xammal bazarı axtarır
- Azərbaycanın Əməkdar həkimi vəfat edib
- Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub