“Qarabağ”dan ardıcıl 10-cu qələbə


17:52     26 Avqust 2019 19_08_26_1566823951.jpg

“Qarabağ” Azərbaycan Premyer Liqasındakı qələbə seriyasını 10 oyuna çatdırıb.

Femida.az xəbər verir ki, 2018/19 mövsümünün son 8 matçında xal itirməyən Ağdam klubu cari çempionatın startında 2-ci qələbəyə sevinib. Qurban Qurbanovun komandası son xal itkisi martın 9-na təsadüf edib. Həmin gün “Qarabağ” “Zirə”ylə ev matçında heç-heçəylə kifayətlənib – 0:0. Son çempion ötən mövsümün sonunda “Səbail” (2:1, 4:0), “Sumqayıt” (6:0), “Qəbələ” (2:1), “Sabah” (3:0), “Keşlə” (3:0), “Zirə” (3:0) və “Neftçi” (3:2) üzərində qələbə qazanıb. Yeni mövsümün ilk matçında “Keşlə”ni bir qolla məğlub edən ağdamlılar qələbə seriyasını “Qəbələ”ylə qarşılaşmada 10-a çatdırıb. Bu dəfə evdə oynayan “Qarabağ” böyükhesablı qələbə əldə edib – 3:0.

Qeyd edək ki, A ğdam təmsilçisi 10 oyunluq qələbə seriyası zamanı 30 qol vurub və 4-nü buraxıb.

Açar sözlər:

Oxunub: 438


Oxşar xəbərlər