Kürdəmirdə traktor aşıb - İki uşaq xəsarət alıb


20:13     26 Avqust 2019 Traktor_crash.jpg

Kürdəmir rayonunda traktor aşıb.

Hadisə Sığırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri - 2007-ci il təvəllüdlü Ömər Kamil oğlu Rüstəmli və 2009-cu il təvəllüdlü İlham Samir oğlu Rüstəmli babasının idarə etdiyi traktorda hərəkətdə olarkən nəqliyyat vasitəsi aşıb. Nəticədə uşaq müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 543