Sirkə turşusundan zəhərləndi


09:23     27 Avqust 2019 xestexana.jpg

Zaqatalada 41 yaşlı kişi sirkə turşusundan zəhərlənib.


APA-nın məlumatına görə, gecə saat 02:00 radələrində Zaqatala şəhəri, N.Nərmanov küçəsində yaşayan 1978-ci il təvəllüdlü Nərman Nadir oğlu Muradov zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı N.Muradovun sirkə turşusundan zəhərləndiyi məlum olub. N.Muradovun müalicəsi Reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir. Onun sirkə turşusunu hansı şəraitdə içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 343