Zaqatalada işlədiyi fermadan oğurluq edən çoban saxlanılıb
09:34 27 Avqust 2019
Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Əliabad qəsəbə sakini Abdulla Həmzəyev ona məxsus fermadan 23 baş xırda buynuzlu, 4 baş iri buynuzlu mal-qaranın naməlum şəxs və yaxud da şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.
DİN mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A. Həmzəyevə məxsus ümumilikdə 27 baş xırda və iri buynuzlu mal-qaranı oğurlayan şəxsin rayonun Muxax kənd sakini, elə həmin fermada çoban işləyən 32 yaşlı Həsən İbrahimov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun oğurladığı heyvanlardan bir neçəsi polis əməkdaşları tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxunub: 375
Oxşar xəbərlər
- Zaqatalada 40 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanılıb
- Zaqatalada 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib
- Zaqatalada hazırlıq mərkəzinin rəhbəri cərimələnib
- Zaqatalada 23 yaşlı ana doğuşdan sonra ölüb
- Zaqatalada qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib
- Zaqatalada qaydaları pozan 39 sürücü cərimələnib
- Zaqatalada narkotacir tutulub
- Zaqatalada yol polisi reyd keçirib, piyadalar cərimələnib
- Zaqatalada qadının xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb
- Zaqatalada piyada keçidlərindən istifadə etməyənlər cərimələnib