Gəncə taxta bazarındakı yanğınla bağlı - RƏSMİ AÇIQLAMA


09:55     27 Avqust 2019 2019/08/gence3_1566884799.jpg

Fövqəladə Hallar Nazirliyi Gəncə şəhərinin Kəpəz rayonunda taxta bazarında baş vermiş yanğınla bağlı məlumat yayıb.


Bildirilir ki, yanğın nəticəsində ümumi sahəsi 2 ha olan “DAŞQIN” inşaat materialları bazarının ərazisində ümumi sahəsi 1400 m² olan talvarın yanar konstruksiyaları, altına yığılmış 15 ədəd taxtakəsən dəzgah və 100 m² sahədə avtomobil ehtiyyat hissələri yanıb.


Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb.

Yaxınlıqdakı satış obyektləri yanğından mühafizə olunub.

Açar sözlər:

Oxunub: 366