Sabirabad sakini 4 kq marixuana ilə tutuldu


10:17     27 Avqust 2019 610x380xmarixuana5.jpg.pagespeed.ic.tVpMuVsotO.jpg


Sabirabad sakinindən külli miqdarda narkotik aşkarlanaraq götürülüb.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Belə ki, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Əsədli kənd sakini, 61 yaşlı Tarıverdi İmanov saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 53 ədəd çətənə kolu, yaşadığı evdən isə ümumi çəkisi 4 kiloqram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #MARİXUANA  

Oxunub: 360