MTN-in sabiq şöbə rəisi həbs edildi


23:32     11 Noyabr 2015 5768001-dxvfxMTN_49.jpg


O, Cinayət Məcəlləsinin dörd maddəsi ilə təqsirləndirilir

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsində həbs qətimkan tədbiri seçilib.


APA-nın məlumatına görə, Baş Prokurorluğun təqdimatı əsasında Səbail rayon Məhkəməsinin qərarı ilə M. Əsgərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M. Əsgərovun qərardan şikayətini isə Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.

M. Əsgərov Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrinə əsasən təqsirləndirilir.

Açar sözlər:

Oxunub: 1151