Polis maşın qaçıran şəxsi tapdı


11:13     27 Avqust 2019 19_08_27_1566890055.jpg

Avqustun 25-də DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Masallı rayon sakini İ.Bağırov şəhər ərazisindən “VAZ-2109” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin avqustun 26-da saat 20 radələrində Ələt-Astara yolunun 35-ci kilometrliyində hərəkətdə olması aşkar edilib.

Görülmüş tədbirlərlə avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini Z.Fətullayev və 3 sərnişini Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə təhvil veriliblər. Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 411