Ağstafada xeyli sayda silah-sursat tapılıb


11:31     27 Avqust 2019 19_08_27_1566890595.jpg

Ağstafada silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə avqustun 26-da Ağstafa rayon sakini DİN-in "102" Xidməti - Zəng mərkəzinə zəng edərək bildirib ki, rayonun Poylu qəsəbəsi ərazisində silah-sursat aşkarlayıb.

Faktla bağlı dərhal Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları və ANAMA-nın çevik əməliyyat qrupu hadisə yerinə gələrək baxış keçirib və aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd “TOZ -8” markalı tüfəng, 1 ədəd “TİR” tapançası, 1887 ədəd (1117 ədəd 5.45 mm-lik və 770 ədəd 7.62 mm-lik patron) və 4 ədəd avtomat darağı (boş), 2 ədəd “F-1” əl qumbarası və 3 ədəd partlayıcı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbaralarının tapıldığı yerdə əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 377