Ermənistanla Rusiya arasında tender gərginliyinin təfərrüatı - Niyə cinayət işi açılıb?


12:36     27 Avqust 2019 19_08_27_1566895194.jpg


Ermənistan İstintaq Komitəsində Müdafiə Nazirliyi tərəfindən külli miqdarda hərbi sursat əldə edilməsi məqsədi ilə “ORSIS ARMS” şirkətinin qiymətləndirmə komissiyası tərəfindən saxta səbəblərlə tenderdə iştirak etmək müraciətinin rədd edilməsi ilə bağlı cinayət işi açılıb.


Femida.az Ordu.az-a istinadən xəbər verir ki, bu sözləri Erənistan İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Naira Harutyunyan deyib.

“Şikayəti, Ermənistanda qeydiyyatdan keçmiş rezident hesab edilən ORSIS ARMS şirkətinin nümayəndəsi, Ermənistan vəkillər palatasının vəkili Aleksandr Sirunyan təqdim edib. Ermənistan İstintaq Komitəsinin hərbi istintaq Baş idarəsində qeyd olunan şikayətlə bağlı hazırlanan materiallar əsasında avqustun 17-də cinayət işi açılıb. Xidməti vəzifə borclarına səhlənkar yanaşma maddəsi üzrə açılan cinayət işinin ilkin istintaqı davam edir”, - deyə Harutyunyan bildirib.

Xatırladaq ki, daha öncə verilən məlumata əsasən, Rusiyanın ORSIS şirkətinin də iştirak etdiyi, Ermənistan Müdafiə Nazirliyinə silah tədarükü haqqında tenderinin baş tutmamasından sonra cinayət işi açılıb.

2019-cu ilin may ayında Ermənistan Müdafiə Nazirliyi bir neçə milyon dollar dəyərində silah və hərbi sursat tədarük edilməsi məqsədilə tender elan edib. Rusiyanın ORSIS şirkəti də iştirak etmək üçün müraciət edib, lakin şirkətə məlum olmayan səbəblərdən tender tez bir zamanda bağlanıb. Bundan sonra rus şirkəti şikayət komissiyasına və Ermənistanda onların maraqlarını təmsil edən vəkilə müraciət edib. Bu tədbirlər nəticəsində cinayət işi açılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 565