Hamilə qadın atası və əri tərəfindən döyüldü - Vəziyyəti ağırdır


14:16     27 Avqust 2019 19_08_27_1566900990.jpg


Qaxda 27 yaşlı qadın həyat yoldaşı və atası tərəfindən döyülüb.


Femida.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat paylaşıblar.

Döyülən qadının 2 aylıq hamilə olduğu bildirilir. Sosial şəbəkə istifadəçilərinin yazdığına görə, qadın ağır vəziyyətə salınaraq xəstəxanaya çatdırılıb. Atası xəstəxanadan sağ çıxsa belə, qızını öldürməklə hədələyib.

Məlumatı dəqiqləşdirmək üçün Qax rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxananın qəbul şöbəsindən Femida.az-a bildirildi ki, belə bir fakt qeydə alınıb. Hamilə qadın ağır vəziyyətdə xəstəxanaya gətirilib. Lakin onun döyülüb-döyülmədiyi ilə bağlı heç bir məlumat olmadığını bildiriblər. Qadını Xəstəxanaya gətirənlər onun yıxıldığını bildiriblər.

Xəstəxananın reanimasiya şöbəsindən də fakt təsdiq olunub və xəstənin sinir şöbəsinə köçürüldüyü qeyd edilib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #hamilə   #qadın   #döyülmə   #Qax  

Oxunub: 2039