Ərdoğan Putini İstanbula dəvət etdi


16:14     27 Avqust 2019 19_08_27_1566906410.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putini sentyabr ayında İstanbulda keçiriləcək texnologiya festivalına dəvət edib.

Femida.az xəbər verir ki, Ərdoğan bu barədə MAKS-2019 Beynəlxalq Aerokosmik Sərgisinin açılışında deyib.
"Bu il İstanbulda aviasiya, hava, texniki "Texnofest" festivalını keçirəcəyik. Ötən il ilk dəfə 550 mindən çox insanın iştirak etdiyi festivala ev sahibliyi etdik. Bu il 17-22 sentyabr tarixlərində ikinci festival baş tutacaq. Orada bir milyondan çox insanın iştirakı gözlənilir. Biz bütün Rusiya xalqını, ilk növbədə cənab Putini festivala dəvət edirik", -deyən Ərdoğan son illər Türkiyədə "Göydə gələcək" şüarı altında aviasiya sənayesinin inkişafı üçün bir çox işlərin görüldüyünü xatırladıb.

Açar sözlər:

Oxunub: 397