Şəhid pilot doğulduğu rayonda anılıb


17:07     27 Avqust 2019 19_08_27_1566911244.jpg


Şəhid pilotun doğulduğu rayonda yas mərasimi keçirilib.


Təyyarə qəzasında həlak olan Rəşad Atakişiyevin doğulduğu Samux rayonu, Alabaşlı kəndində Yeddi mərasimi keçirilib. Mərasimində Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, idarə və təşkilatların rəhbərləri, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Pilotun atası Saləddin Atakişiyev APA-ya açıqlamasında oğlunun ölümünə inanmadıqlarını bildirib: “Bu gün Rəşadın dəfnindən 7 gün keçir. Lakin ailəsi hələdə onun ölümünə inanmır. Rəşad qəhrəmancasına şəhid olub. Bu ağır günlərdə Azərbaycan xalqı bizim yanımızda oldu. Acı günlərimizdə bizi tək buraxmadığı üçün xalqımıza dərin təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.

R.Atakişiyev II Fəxri Xiyabanda dəfn edilib. / APA

Femida.az

Açar sözlər:

Oxunub: 459