Şəkidə toyda 21 nəfər zəhərlənib


17:55     27 Avqust 2019 2019/08/883006ed-d9f1-4929-867b-fca3daf94ef2_1566914181.jpg


Şəkidə toyda kütləvi zəhərlənmə olub.


Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a bildirilib ki, rayonun Çeşməli kəndində eyni toyda iştirak edən 21 nəfər, toy mərasimindən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Müraciət edənləri müayinə edən həkimlər onlarda disbakterioz aşkarlayıblar.

Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Qeyd edək ki, bağırsaq disbakteriozu – bağırsaqda “yaxşı” mikroorqanizmlərin sayının kəskin şəkildə azalması və “pis” mikroorqanizmlərin sayının isə xeyli dərəcədə artması zamanı yaranan haldır.

Femida.az

Açar sözlər:

Oxunub: 662