Bakı sakinləri Nabranda boğuldular - Biri sağ qaldı


18:14     27 Avqust 2019 19_08_27_1566915746.jpg


Bakıdan Nabrana istirahətə gedən şəxslər dənizdə boğulublar.


Femida.az-ın məlumatına görə, istirahət üçün Xaçmaza üz tutan iki nəfər Nabranda dənizdə boğulub.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfəri xilas edib və 1951-ci il təvəllüdlü Quliyev Səfər Qulu oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​

Femida.az

Açar sözlər:

Oxunub: 510