Vəkillər Kollegiyasının Rəyasət Heyəti toplandı


18:37     27 Avqust 2019 19_08_27_1566916737.jpg


Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir.


Femida.az xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti, Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı keçirilən tədbirlər və ölkə üzrə vəkil qurumlarının fəaliyyətinin optimallaşdırılmasının zərurəti barədə məlumat verib.

İclasda həmçinin vəkil qurumlarının növbətçilik siyahıları təsdiq olunub.

Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə, o cümlədən, bəzi vəkilliyə namizədlərin Kollegiya üzvlüyünə qəbul məsələsinə baxılıb və müsbət qərar verilib, həmin şəxslər iclasda vəkil andı içiblər.

Bundan əlavə, iclasda Göyçay və Göygöl rayon Vəkil Büroları və “Mirzəyev və partnyorları” Vəkil Bürosunun təsis olunması ilə bağlı müraciətlərə baxılıb və müsbət qərar verilib.

Eyni zamanda, iclasda “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Qaynar xətt”inə daxil olan şikayətlərə baxılması Qaydaları”, “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təsis edilən nişanların Əsasnaməsi”nin təsdiq edilməsi, o cümlədən, “Vəkil qurumlarının təşkili və fəaliyyəti haqqında” və “Vəkil kabinetinin yaradılması” Qaydalarında dəyişiklik edilməsi barədə məsələlərə baxılıb.

İclasda çərçivəsində bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2339