Magistralda qəza - Ölən və yaralanan var


01:15     12 Noyabr 2015 1384969483_smayll-qeza-goruntu.mpg_000003240.jpg


Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Femida.az-ın APA-ya istinadən məlumatına görə hadisə yolun Ağstafa rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İki “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində Tovuz rayon Əlibəyli kənd sakini, 1969-cu il təvəllüdlü Mahir Cəfərov ölüb, Tovuz rayon Aşağı Quşçu kənd sakinləri, 1975-ci il təvəllüdlü Sərdar Rüstəmiov və 1988-ci il təvəllüdlü Seymur Qasımov müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1052


Oxşar xəbərlər