Rüstəm Minnixanov Mehriban Əliyevanı təbrik edib


19:43     27 Avqust 2019 19_08_27_1566919233.jpg

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu gəlib.
Femida.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli Mehriban Arif qızı. Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Fəal çoxşaxəli şəxsiyyət kimi Siz həmişə öz doğma ölkənizin ictimai-siyasi həyatının mərkəzində olmusunuz və ömrünüzün bu gözəl gününü Azərbaycanın Birinci vitse-prezidenti kimi məsul vəzifədə qarşılamağınız qanunauyğundur.

Qoy geniş bilik və maraq dairəniz, yaradıcılıq enerjiniz, respublikanın tərəqqisi naminə qurub-yaratmaq əzminiz Sizin məhsuldar dövləti fəaliyyətinizin əsasına çevrilsin, vətəndaşlar arasında yüksək nüfuzunuz və Azərbaycanın dövlət başçısının dəstəyi isə ən böyük və nəcib məqsədlərə çatmaqda Sizə kömək olsun.

Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram".

Açar sözlər:

Oxunub: 572