Qaxda meşə massivindəki yanğın söndürülüb


19:55     27 Avqust 2019 azerbaycanda%20daha%20bir%20yangin.jpg

Qaxın Suskənd kəndi ərazisindəki meşə massivində yanğın baş verib.

Femida.az FHN-ə istinadən xəbər verir ki, Dərhal Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğın söndürülüb. Hadisə nəticəsində meşə zolağında 0.5 ha sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Açar sözlər:

Oxunub: 349