Bakıda taksi sürücüsünü "soydular"


11:25     28 Avqust 2019 taksi_01244.jpg


Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.


Daxili İşlər Nazirliyi DİN Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə Bakı şəhər sakini T.Qəhrəmanov Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Şöbəsinə müraciət edib.

O bildirib ki, avqustun 27-də saat 5 radələrində F.Rüstəmov küçəsində idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində oturmuş 2 nəfər onu naməlum əşya ilə hədələyərək 278 manat pulunu alıblar.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Qənbərov və C.Qənbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər: #taksi  

Oxunub: 564