Gürcüstan vətəndaşı Qazaxda qəza törədib, piyada ölüb


12:14     28 Avqust 2019 19_08_28_1566979780.jpg

Qazaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 27-də saat 21 radələrində Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində Gürcüstan vətəndaşı B.Mahmudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Nurlan Yusifovu vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 383