İŞİD-in 11 üzvü asılaraq edam ediləcək


14:13     28 Avqust 2019 19_08_28_1566986895.jpg

İraqda 11 terrorçu ölüm cəzasına məhkum edilib.
Femida.az xarici mətbuata istinadən xəbər verir ki, İraqın Babil əyalətinin məhkəməsi İŞİD terror təşkilatının 11 üzvü barədə edam hökmü çıxarıb. Terrorçular vilayətin şimalındakı Hayavi körpüsünün partladılmasında və təhlükəsizlik xidmətinin 3 əməkdaşının ölümündə təqsirli biliniblər.

İŞİD yaraqlıları ölkənin müxtəlif bölgələrində terror aktları törətdiklərini etiraf ediblər. Məhkəmə iclasında təqsirləndirilən şəxslərin asılaraq edam olunmasına dair qərar qəbul edilib.

Açar sözlər:

Oxunub: 489