Riad Rəfiyev və Ayxan Abbasova ciddi xəbərdarlıq


14:57     28 Avqust 2019 19_08_28_1566989095.jpg

Bu gün AFFA İntizam Komitəsinin iclasında Azərbaycan Premyer Liqasının 2-ci turunda baş verən hadisələr müzakirə olunub.
Femida.az xəbər verir ki, Premyer Liqanın II turunun “Sabah” – “Keşlə” matçının 74-cü dəqiqəsində “Keşlə”nin futbolçusu Sezar Meza Kolli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Digər qərara əsasən, “Zirə” – “Neftçi” matçının 80-ci dəqiqəsində “Zirə”nin məşqçisi Anar Niftəliyev texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klub 800 manat cərimələnib.

Bundan əlavə, “Sumqayıt” – “Səbail” matçı başa çatdıqdan sonra “Sumqayıt” Futbol Klubun prezidenti Riad Rəfiyev və klubun baş məşqçisi Ayxan Abbasovun oyunu hakimin qərəzli şəkildə idarə etməsi barədə səsləndirdiyi fikirlər müzakirə olunub. İntizam Komitəsi Riad Rəfiyev və klubun baş məşqçisi Ayxan Abbasova ciddi xəbərdarlıq edib. Bildirilib ki, belə hal təkrar olunarsa, onlar İntizam Məcəlləsinə uyğun olaraq ciddi cəzalanacaqlar.

Açar sözlər:

Oxunub: 425


Oxşar xəbərlər