Yaponiyada sel fəlakəti - Fotolar


16:11     28 Avqust 2019 19_08_28_1566991204.jpg

Yaponiyanın cənub-qərbində yağan yağış sellə nəticələnib. Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gündür Saga əyalətinin Takeo şəhərindəki leysan dağıntılara və ölümə səbəb olub.

Belə ki, hadisə zamanı sel 3 nəfəri aparıb. Onların cansız bədəni tapılaraq ailəsinə təhvil verilib. Həmçinin yüzlərlə ev, maşın su altında qalıb, Saga qatar stansiyasına ciddi ziyan dəyib. Ushizu və Matsuura çayları daşıb .

Bundan əlavə, torpaq sürüşməsi ilə bağlı 847 min şəhər sakini təxliyyə edilib.



Açar sözlər:

Oxunub: 658