Övladlığa götürmə ilə bağlı elektron sistem qurulur
16:31 28 Avqust 2019
Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2018-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi, bu sahədə yeni idarəetmə metodunun hazırlanması işlərini davam etdirir.
Femida.az xəbər verir ki, bu işlər çərçivəsində nazirlik tərəfindən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılmaqdadır.
Həmin alt sistem valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid elektron uçotunun aparılması, eləcə də övladlığa götürmə ilə bağlı bir sıra işlərin elektron şəkildə yerinə yetirilməsi məqsədinə xidmət edəcək.
Övladlığa götürmə üçün tələb olunan sənədlər artıq kağız daşıyıcılar vasitəsilə deyil, altsistemə inteqrasiya olunacaq dövlət orqanlarının informasiya ehtiyatından əldə olunacaq. Bu da qeyd olunan sahədə əlavə vaxt itkisinin aradan qaldırılmasına, övladlığagötürmə sahəsində idarəetmənin elektron infrastruktur üzərində qurulmaqla prosesin tam obyektiv və şəffaf həyata keçirilməsinə şərait yaradacaq.
Yeni elektron sistemin cari il noyabrın 1-dən istifadəyə verilməsi nəzərdə tutulur.
Femida.az
Oxunub: 2426
Oxşar xəbərlər
- Övladlığa götürülən uşağa görə müavinət veriləcək
- Övladlığa götürmə sahəsində qanunvericilik təkmilləşdirilir
- Övladlığa götürülən uşağa görə müavinətlərin məbləği açıqlanıb
- Övladlığa uşaq götürmə ilə bağlı yeni prosedur
- Övladlığa verilən 414 uşaqla bağlı monitorinq aparıldı
- Övladlığagötürmə ilə bağlı yeni altsistem təqdim olundu
- Övladlığagötürmə ilə bağlı elektron qaydada necə müraciət edilir?
- Övladlığagötürmə ilə bağlı Qaydalar layihəsi ictimai müzakirəyə çıxarıldı
- Övladlığa uşaq götürmə ilə bağlı YENİLİK
- Övladlığa götürmə ilə bağlı VACİB MƏQAMLAR