Spirtli içkiləri gömrükdən gizlicə keçirdi - Sata bilmədi
17:02 28 Avqust 2019
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə "Mercedes-Benz E300" markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan spirtli içkilərin olduğu barədə məlumat daxil olub.
Komitədən Femida.az-a bildirilib ki Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həmin avtomobil Gəncə şəhəri ərazisində saxlanılıb və baxış keçirilib.
Baxış zamanı Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinin salonunda və yük yerindəki sellofan torbalarda spirtli içkilərin olduğu müəyyən edilib. Sellofan torbalara ətraflı baxış keçirilməsi üçün avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib.
REKLAM
www.instagram.com
Daha ətraflı
Yoxlama zamanı sellofan torbaların içərisində 1 litrlik, üzərində "Bombay Sapphire" yazılan 27 ədəd, üzərində "Aperon" yazılan 14 ədəd, üzərində "Jameson" yazılan 26 ədəd, üzərində "Sierra" yazılan 30 ədəd, üzərində "Bacardi" yazılan 28 ədəd, üzərində "Finlandia" yazılan 7 ədəd, üzərində "Jim Beam" yazılan 18 ədəd, üzərində "Optium Ron Blanco" yazılan 6 ədəd, üzərində "Optimum Premium Black" yazılan 5 ədəd, üzərində "Ballantines" yazılan 10 ədəd və 0.5 litrlik, üzərində "Yeni Rakı" yazılan 30 ədəd Azərbaycan aksiz markası ilə markalanmayan spirtli içkilər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 430
Oxşar xəbərlər
- Spirtli içki ən çox bu ölkələrdə içilir
- Spirtli içkilərin təhlükəsizliyi və keyfiyyətinə dair tələblər hazırlanır
- Spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb
- Spirtli içkidən 50 nəfər öldü - Hindistanda
- Spirtli və spirtsiz içkilərin, qazlı suların gömrük rüsumları artırıldı
- Spirtli içki əməliyyatı - Qazaxda
- Spirtli içki və siqaret satanlar DİQQƏT! - Baş nazir qərar verdi
- Spirtli içki satışı qadağan ediləcək - Türkiyədə