Vilayət Eyvazov kadr dəyişiklikləri etdi


18:40     28 Avqust 2019 2019/07/vilayet_eyvazov_1562763735.jpg

Daxili işlər naziri Vilayət Eyvazov bir sıra kadr dəyişiklikləri edib.

Femida.az-ın əldə etdiyi məlumata görə, Səbail rayonu 39-cu polis bölməsinin rəisi Ayxan Bağırov Yasamal rayonu 29-cu polis bölməsinə rəis təyin edilib.

Daha bir əmrlə Sabunçu rayonu,Nardaran qəsəbəsinin 42-ci polis bölməsinin rəisi Tərxan Əhmədov Səbail rayonu,39-cu polis bölməsinə rəis təyin edilib..

Bundan əlavə Səbail rayon 39-cu polis bölməsinin rəis müavini Müşfiq Gözəlov 9-cu polis bölməsinə rəis müavini vəzifəsinə göndərilib.
Məlumat üçün qeyd edək ki, Müçfiq Gözəlov Şuşanın qətlə yetirilmiş icra başçısı Mikayıl Gözəlovun oğludur.


Miri Məcidli
Femida.az

Açar sözlər: #Vilayət_Eyvazov  

Oxunub: 6272