Axtarışda olan şəxslər Rusiya və Gürcüstanda tutularaq Azərbaycana gətirilib
19:12 28 Avqust 2019
Axtarışda olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu yaxınlarda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1.2 ( Xuliqanlıq) maddəsi ilə axtarışda olan 23 yaşlı Mikayıl Nəsirov Rusiya Federasiyasında tutularaq ölkəmizə ekstradisiya olunub.
RPŞ-in əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri də uğurla nəticələnib. Belə ki, Cinayət Məcəlləsinin 315.2 ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 186.2.2( Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə axtarışda olan rayon sakini 57 yaşlı Tahir Aylarov Gürcüstan Respublikasında tutularaq ölkəmizə ekstradisiya olunub.
Oxunub: 425
Oxşar xəbərlər
- Axtarışda olan 3 qardaş tutuldu
- Axtarışda olan 94 nəfər saxlanılıb
- Axtarışda olan 69 nəfər saxlanılıb
- Axtarışda olan 77 nəfər saxlanılıb
- Axtarışda olan şəxsdən “patı” və heroin götürülüb
- Axtarışda olan 48 nəfər saxlanılıb
- Axtarışda olan 42 nəfər saxlanılıb
- Axtarışda olan 2200 nəfər tutulub - Son 6 ayda
- Axtarışda olan şəxs tutuldu
- Axtarışda olan 35 nəfər saxlanılıb