AKP-də növbəti istefa - Sabiq nazir də getdi


20:43     28 Avqust 2019 19_08_28_1567009191.jpg

Türkiyənin sabiq Ədliyyə naziri Sadullah Ergin Ədalət və İnkişaf partiyasından (AKP) istefa verib.

Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun daha öncə partiyadan istefa verən Əli Babacanın yeni yaradacağı partiyaya qoşulması gözlənilir.

Sadullah Ergin istefa xəbərini təsdiqləsə də, səbəbi barədə açıqlama verməyib.

Qeyd edək ki, Sadullah Ergin 2011-2013-cü illərdə Ədliyyə naziri olub. Bundan başqa o, millət vəkili kimi də fəaliyyət göstərib.

Açar sözlər:

Oxunub: 419


Oxşar xəbərlər