Lənkəranda qəzada 23 nəfər xəsarət aldı, sürücü öldü


09:22     29 Avqust 2019 xestexana_01254.jpg

Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az -a bildirilib ki, saat 08:30-a olan məlumata əsasən, qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib.
Xəsarət alanların 10-u xəstəxanada müalicəsini davam etdirəcək, digərləri ambulator müalicəyə göndərəiləcək. Xəstəxanada yerləşdirilən 10 nəfərdən ikisi reanimasiya şöbəsindədir. Reanimasiya şöbəsinə yerləşdirilən 2 qadından birinin vəziyyəti kritik qiymətləndirilir. Açıq kəllə-beyin travması alan 42 yaşlı qadın komadadır.

Reanimasiya şöbəsində müalicə alan digər qadının diaqnozu qapalı kəllə-beyin travması və qabırğa sınığıdır. Onun da vəziyyəti ağırdır. Travmatologiya şöbəsində müalicə alan 8 qadının vəziyyəti orta ağır kimi qiymətləndirilir. Onların həyatları üçün təhlükə yoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 378