Türkiyədə ABŞ-ın yeni səfiri işə başladı
09:36 29 Avqust 2019
ABŞ-ın Türkiyədəki yeni səfiri Devid Satterfild son 22 ayda müvəqqəti işlər üzrə müvəkkilin rəhbərlik etdiyi diplomatik missiyada öz vəzifələrinin icrasına başlayıb.
Türkiyənin NTV telekanalı xəbər verir ki, diplomat avqustun 28-də dövlət başçısı Rəcəb Tayyib Ərdoğana etimadnaməsini təqdim edib.
Devid Satterfild Ankaraya səfir təyin edilməzdən öncə 2017-ci ilin sentyabrından 2019-cu ilin iyununa qədər ABŞ dövlət katibinin Yaxın Şərq işləri üzrə köməkçisi vəzifəsində çalışıb. O, həmçinin Qahirədəki diplomatik missiyanın müvəqqəti işlər üzrə müvəkkili və Livanda səfir işləyib.
AzərTAc xatırladır ki, Devid Satterfildin sələfi Con Bass ABŞ-ın Türkiyədəki diplomatik missiyasına 2014-cü ilin oktyabrından 2017-ci ilin oktyabrınadək rəhbərlik edib. Onun fəaliyyəti dövründə Amerika səfirliyinin əməkdaşının Ankarada həbs olunması ilə bağlı qalmaqal baş vermişdi. Bundan sonra Vaşinqton Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmış, səfirin özü isə Türkiyə rəhbərliyinin ünvanına sərt tənqidlər səsləndirmişdi. Nəticədə Bass Türkiyədən geri çağırılaraq Əfqanıstana səfir təyin olunmuşdu.
Femida.az
Oxunub: 376
Oxşar xəbərlər
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Türkiyədə xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib
- Türkiyədə mədəndə qəza olub, 10 nəfər yaralanıb
- Türkiyədə Azərbaycan hərbçilərinin qatıldığı təlimin növbəti mərhələsi başlayır
- Türkiyədə “Eren Abluka” əməliyyatı çərçivəsində 12 terrorçu zərərsizləşdirilib
- Türkiyədə sərnişin təyyarəsi təcili eniş edib
- Türkiyədən dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var
- Türkiyədə zəlzələ olub
- Türkiyədə hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb, ölən və yaralananlar var