Daha bir qəza Yevlaxda - Sürücü öldü


09:35     29 Avqust 2019 qeza_yeni.jpg

Yevlax rayonunun Aşağı Qarxun kəndində “Chevrolet” markalı minik avtomobili və yük avtomobili toqquşub.


Femida.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri deformasiyaya uğrayan minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünün meyitini (şəxsiyyəti dəqiqləşdirilir) nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 327