Müəllimlərin işə qəbul imtahanlarının nəticəsi AÇIQLANDI


09:50     29 Avqust 2019 160347155ae49bfcc2511437485503_muelli1.jpg

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan edilib. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.


Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, təsviri incəsənət və musiqi fənləri üzrə müsahibə mərhələsində iştirak hüququ qazanan qeyri-pedaqoji ixtisaslı namizədlər tutduqları vakant yerə müddətli müqavilə əsasında işə qəbul olunublar.

Müsabiqədə uğur qazanmış şəxslər sentyabrın 6-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Açar sözlər:

Oxunub: 534