Kolleclərə qeydiyyat bu gün başa çatır


10:12     29 Avqust 2019 2019/08/qeydiyyat_1567059227.jpg

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.


Dövlət İmtahan Mərkəzindən Femida.az -a verilən məlumata görə, abituriyentlər avqustun 29-u saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər. Göstərilən müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilmir.

Femida.az

Açar sözlər:

Oxunub: 561