Azərbaycan əhalisinin 8 faizi dindardır - Komitə
14:03 29 Avqust 2019
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hər il Qurban və Ramazan ayında məscidlərə gələnlərin statistikasını müəyyən etmək istiqamətində iş aparır.
Femida.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.
Onun sözlərinə görə, son statistikaya görə, sonuncu Qurban bayramının namazında iştirak edən dindarların sayı təxminən 145-170 min nəfər olub: "Respublikada dindarlıq faizini hesablamaq üçün bir neçə üsuldan istifadə edilir. "Din sosiologiyası" adlı elm var. Həmin elmin bu statistikanın aparılması yanaşmasından istifadə edərək respublikadakı dindarların faiz dərəcəsini müəyyən edirik. Bu zaman həmin bayram namazına gələnlərin sayını 5-ə vururuq. Aldığımız rəqəmə görə, ölkə əhalisinin 8 faizi dindardır. Bu isə təbii ki təxmini rəqəmdir".
Oxunub: 541
Oxşar xəbərlər
- Ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Ərdoğan Azərbaycana gəlir
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib