32 min əhalinin istifadə etdiyi yol yenidən qurulur


14:10     29 Avqust 2019 2019/08/road_290819_04_1567073526.png

Goranboy rayonunun Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun Goranboy-Goran, Goranboy-Tərtər, Goranboy-Borsunlu, Gürzallar-Rus Borisi avtomobil yolları, həmçinin Qazanbulaq kəndinin giriş yolunun yenidən qurulması işləri yekunlaşır.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun uzunluğu 40 kilometrdir. Bunun 37,7 kilometrlik hissəsi III texniki dərəcəli, 2,3 kilometrlik hissəsi isə IV texniki dərəcəyə malikdir.

Uzunluğu 13 kilometr olan Goran-Goranboy, 7,6 kilometr olan Goranboy-Tərtər, 15,1 kilometr olan Goranboy-Borsunlu və 2 kilometr olan Gürzallar-Rus Borisi hissəsi III texniki dərəcəli, uzunluğu 2,3 kilometr olan Qazanbulaq kəndinə giriş yolu isə IV texniki dərəcəlidir.

Məlumata əsasən, aparılan yenidənqurma işləri çərçivəsində artıq Goran-Goranboy, Goranboy-Tərtər, Goranboy-Borsunlu, Gürzallar-Rus Borisi və Qazanbulaq kəndinə giriş yolu hissələrində yenidənqurma işləri texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılaraq yekunlaşdırılıb. Yenidənqurma işləri çərçivəsində yollar 3-cü və 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.

Tikinti layihəsinin sonuncu mərhələsində 257 yol nişanının, 1200 ədəd siqnal dirəyinin quraşdırılması, 6 avtobus dayanacağının tikintisi, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 15 yaşayış məntəqəsində yaşayan 32 min əhalinin rahat gediş-gəlişini təmin etmək, M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişindaşımanı asanlaşdırmaqdır.

Femida.az

Açar sözlər:

Oxunub: 648