Pakistanda nüvə başlıqlı ballistik raketin sınağı keçirilib


14:30     29 Avqust 2019 2019/08/283bb7a5-6625-488d-9379-ec04a198799c_1567074683.jpg

Pakistanda ötən gecə həm adı, həm də nüvə başlıqlı qısa mənzilli “Qəznəvi” ballistik raketinin sınağı keçirilib.

Femida.az xəbər verir ki, bu barədə Pakistan Ordusunun xidmətlərarsı ictimai əlaqələr üzrə baş direktoru general-mayor Asif Ğafur bildirib.

O deyib ki, Pakistan bu gecə 290 kilometrlik məsafəyədək ən müxtəlif hədəfləri vura bilən “Qəznəvi” yerüstü-yerüstü ballistik raketi uğurla sınaqdan keçirdi: "Qərargah Komitəsinin rəisləri və bütün xidmət başçıları heyəti təbrik edirlər. Prezident və baş nazir şəxsi heyəti təqdir edir və millətə təbriklərini çatdırırlar”.



Açar sözlər:

Oxunub: 594