Keçmiş məhkum iranlıdan narkotik alarkən tutuldu - Bakıda


15:02     29 Avqust 2019 19_08_29_1567076559.jpg


Paytaxtda keçmiş məhkum iranlıdan narkotik alarkən tutulub.


Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 1985-ci il təvəllüdlü Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi sakini, əvvəllər məhkum olunan İsayev Ceyhun Fikrət müəyyən olunaraq tutulub.



Şübhəli şəxs Binəqədi şosesi, DSK adlanan ərazidə saxlanılan zaman üzərində olan çantadan ayrı-ayrı bükümlərdə - hər birində 495 qram, digərində 510 qram olan metamfetamin, 763 ədəd yaşıl rəngli ümumi çəkisi 160,23 qram olan metamfetamin, 1004 ədəd ümumi çəkisi 210,84 qram olan çəhrayı rəngli metilendioksin, ekstazi aşkar olunub.

F.İsayev ilkin izahatında narkotik vasitəni iki gün əvvəl "Baksol yolu" adlanan ərazidə tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirib.

Faktla bağlı Binəqədi RPİ İstintaq şöbəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq, digər zəruri istintaq hərəkətləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 389