Ağsuda dağlıq ərazidə yanğın başlayıb - Əraziyə helikopter cəlb edildi


15:13     29 Avqust 2019 helikopter0.jpg

Ağsu rayonunda dağlıq ərazidə yanğın başlayıb.

Rayon Icra Hakimiyyətindən Femida.az-a verilən məlumata görə, hadisə rayonun Xanbulaq kəndi ərazisində baş verib.

Ərazi dağlıq sahə olduğundan yanğının qarşısını qısa müddətdə almaq mümkün olmayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin helikopteri, canlı qüvvə və texnikaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 345